Respublikaçılar Konqresin hər iki palatasını itirsələr, Tramp faktiki olaraq hakimiyyəti itirəcək - Kamran Cəfərov

  • By Admin2
  • 09 Fevral 2026 10:51
“Trampın məğlubiyyətlər silsiləsi davam edir və Ağ Evdə artıq panikanın ilkin əlamətləri görünür”
Bu sözləri Gununsesi.info-ya siyasi şərhçi Kamran Cəfərovdeyib.
O bildirib ki, Luisiana ştatının yerli Nümayəndələr Palatasına seçkilər keçirildi və demokratların namizədi Çesiti Martines 24% səs fərqilə qələbə qazandı:
“Ümumiyyətlə, əvvəlcə onu demək lazımdır ki, Luiziana ştatı “qırmızı”, yəni respublikaçılara səs verən ştat sayılır, sözügedən dairə isə 2016-cı ildən bəri prezident seçkilərində Trampa səs verir. Respublikaçıların silsilə məğlubiyyətləri Konqresə noyabr ara seçkiləri ərəfəsində artıq “mavi dalğanın” ayaq səsləri kimi qiymətlətləndirilir və Trampın narahatlıq dərəcəsini görməyimiz üçün son bəyanatına diqqət yetirməyimiz lazımdır”.
O, həmçinin bildirib:
Tramp deyib ki, “Amerikada seçkilər saxtalaşdırılır, oğurlanır və bütün dünyada məsxərəyə çevrilib. Ya biz bunu düzəldəcəyik, ya da ölkəmizi itirəcəyik”. Tramp Konqres seçkilərində demokratların şansını azaltacaq bir qanunu irəli sürməyə çalışır. Bu qanun ətrafında son dərəcədə ciddi və gərgin siyasi mübarizə gedəcək. O, məğlub olmamaq üçün faktiki olaraq seçki sistemini dəyişməyə çalışacaq. 2026-ci ildə respublikaçılar Konqresin hər iki palatasını itirsələr, Tramp faktiki olaraq hakimiyyəti itirəcək və hər şey buna doğru gedir”.
Maqsud