“Respublikanski” xəstəxanasında yanğın olub ? - Yenilənib-VİDEO

Respublika Klinik Xəstəxanasında yanğın baş verməyib, təlim keçirilir.

Gununsesi.info  xəbər verir ki, sosial şəbəkələrdə və bir sıra yerli KİV-də Respublika Klinik Xəstəxanasında yanğın baş verməsi ilə bağlı məlumat və görüntülər yayılıb.
 
***
Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) birgə təlim keçirib.
 
Bu barədə Gununsesi.info  -ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Təlim M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili mövzusunda olub.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyəti cəlb olunub.