Bu ilin yanvar-fevral aylarında ictimai-iaşə obyektlərinin dövriyyəsi cəmi 193 milyon manat təşkil edib.
Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə iaşə obyektlərinin qazancı 6 faiz artıb. Qeyd edək ki, iaşə dövriyyəsi dedikdə buraya restoran, kafe, klub və sair bu kimi əhaliyə yemək-əyləncə xidmət göstərən obyektlər daxildir. “Statkom”un hesabatından məlum olur ki, restoran və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətləri bu ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisə də 5 faiz inflyasiya baş verib. Belə olan halda iaşə dövriyyəsindəki artım heç də müştəri kontingentinin çoxalması, əhalinin restoran xidmətlərindən istifadəsindəki artımla bağlı deyil, sadəcə olaraq qiymətlərin bahalaşması ilə əlaqədardır.
Vüsalə
Gununsesi.info