Restorana oğurluğa girən kişi tüstü bacasına düşdü

Restorana oğurluğa girən kişi tüstü bacasına düşdü

Havalandırma sisteminin borusundan restorana oğurluğa girmək istəyən şəxs borunun içində qalıb.

Gununsesi.info xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, metronun ”Koroğlu” stansiyasının yaxınlığındakı restoranlardan birində baş verib. Səhər saatlarında parkı süpürən qadınlar boğuq səslə ”məni burdan çıxarın” eşidiblər. Onlar restoranın üstündəki havalandırma borusuna yaxınlaşdıqda bir nəfərin orda köməksiz vəziyyətdə olduğunu görüblər.

Qadınlar dərhal yaxınlıqdakı polisə məlumat verib. Əraziyə polisin köməyi ilə xilasedicilər çağırılıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bacada ilişib qalan 30 yaşlı Asif Mehrəliyevi çətinliklə də olsa, ordan çıxarıblar. Zərərçəkən hadisə yerində bildirib ki, onu öldürmək məqsədilə gecədən ora atıblar. Xoşbəxtlikdən həmin vaxt restoran bağlı olduğundan o sağ qalıb.

Hadisə yerinə gələn təcili tibbi yardım birqadası xəsarət alan həmin şəxsi dərhal xəstəxanaya aparıblar. Ona ilkin yardım edilib hazırda vəziyyəti normaldır. Nizami rayon polis idarəsindən verilən məlumata görə, ilkin ehtimal kimi Asif Mehrəliyev həmin restorana oğurluq məqsədilə daxil olmaq istəyirmiş. Çünki həmin vaxt onun üzərindən vintaçan aşkar edilib. Ehtimallara görə, Asif Mehrəliyev havalandırma sisteminin üzərindəki cihazı açıb boruya özü daxil olub. Polisdən onu da bildirdilər ki, faktla bağlı onun barəsində rayon polis idarəsinin istintaq şöbəsində oğurluğa cəhd və polisə bilərəkdən yalan məlumat vermə maddəsi ilə cinayət işi başlanacaq.

Gununsesi.info

COMMENTS