“Reuters” ermənilərin yalanını ifşa etdi

  • By admin
  • 29 Sentyabr 2020 21:39

Sosial şəbəkədə vurulan helikopter görüntüləri Azərbaycana aid deyil.

Gununsesi.info xəbər verir ki, bu barədə nüfuzlu “Reuters” agentliyi yazıb.

Qeyd olunub ki, “Twitter” və “Facebook”da yayılan video böyük müzakirələrə səbəb olub. Belə ki, hər iki sosial şəbəkədə yayılan videodakı helikopterin Azərbaycana məxsus olduğu iddia olunub.

Agentlik məlumatın saxta olduğunu və həmin görüntülər bu ilin fevralında Suriyanın Nayrab şəhərində qeydə alındıbğını vurğulayıb.

Xatırladaq ki, iyul döyüşləri zamanı Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke də Azərbaycan Ordusuna aid pilotsuz uçan aparatların (PUA) guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarmışdı.

Gununsesi.info