“Reuters”: “İqtisadi böhran Ərdoğanın şansını azaldır”

  • By arzu
  • 08 May 2023 14:01

Dünya mətbuatı Türkiyədəki siyasi seçkilərlə bağlı xəbərləri gündəmə daşımaqdadır. Tanınmış media qurumları 14 may seçkilərində iqtisadiyyatın bəlli edici roluna toxunan təhlillər yayımlamağa davam edirlər.

“Reuters” “Türkiyədəki həyat bahalılığı Ərdoğanın yenidən seçilməsini təhdid edir”, başlıqlı yazı yayımlayıb.

HTML tutorial

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, eyni təhlil yazısında iqtisadi böhran üzündən AKP seçicilərinin önəmli qisminin artıq iqtidara səs verməyi düşünmədiyini yazıb.

Xəbərdə Ərdoğan iqtidarının ilk 10 ilində iqtisadi böyümə sayəsində azgəlirli mühafizəkar dindar seçiciləri qorumağı bacarması vurğulanır. Ancaq AKP-nin ortodoks olmayan iqtisadi proqramı ilə partlayan böhranın son 2 ildə Ərdoğanın üstünlüyünü əritdiyini və 20 illik iqtidarına ən böyük seçki təhdidi yaratdığı bildirilir.

İstanbulda çalışan bir bərbər ən sadə şeyləri belə almaqda çətinlik çəkdiklərini söyləyərək böhrandan Ərdoğanın iqtisadi politikaları məsul olduğunu açıqlayır.
Qiymət artımı, qida və digər məhsullardakı rekord bahalaşma insanların verəcəyi səsi bəlli edici təsir olacaq.

“Reuters”ə danışan bəzi AKP dəstəkçiləri isə Ərdoğanın yenidən iqtisadiyyatı düzəldəcəyinə inandıqlarını söyləyiblər.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info