
Revmatizm immunitet sistemindəki problemlər səbəbilə oynaqların daxilində qığırdaq toxumalarının iltihabı nəticəsində yaranır.
Bu xəstəlik uzun müddət müalicə olunmadıqda zamanla oynaqların hərəkət qabiliyyətini məhdudlaşdırır. Günümüzdə revmatizm müalicəsində istifadə olunan müalicəvi pereparatlar xəstəliyin təsirini azaldaraq yüngülləşdirilməsinə kömək edir. Lakin elmi təbabət, aclıq terapiyası, çiy qidalanma ilə bu xəstəliyi aradan qaldırmaq olar.
Bütün xəstəliklərin əsas yaranma səbəbi düzgün, sağlam qidalanmamaqdır.
Gununsesi.info bildirir ki, gündəlik qidalarımıza revmatizmə xeyirli olan qidaları əlavə edib oynaqdakı ağrıları, şişliyi və iltihablanmanın şiddətini azalda bilərik.
Nar: Son bir neçə ildə aparılan tədqiqatlar sübut edib ki, nar revmatizm xəstəliyində sümük və qığırdaqlarda yaranan iltihablanmanın qarşısını alır. Müntəzəm olaraq nar suyu, ya da meyvənin özünü yemək revmatizm ağrılarını və şişləri azaldır.
Qarağat, hodan otu: Bunlarında tərkibində omeqa-6 yağ turşusunu bol olması oynaqdakı iltihablanmanı azaldır və revmatizm ağrılarını dəf edir. Mahud çiçəyi, hodan otu, qarağat omeqa yağları ilə zəngin olduğu üçün xeyirli məhsullar siyahısında seçilir. Lakin xüsusilə dərman kimi hodan otunun çox qəbulu qaraciyər pozğunluğuna gətirib çıxarar.
Gununsesi.info