“Rexona”nın içində narkotik keçirmək istədi, ələ keçdi

“Rexona”nın içində narkotik keçirmək istədi, ələ keçdi


Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, yoxlama zamanı üzərində “Rexona” yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədəd sellofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info

COMMENTS