Rey Kərimoğlu bərpa mərkəzinə yerləşdirildi – FOTO

  • By admin
  • 28 Fevral 2024 16:12

Yüksək təzyiqdən əziyyət çəkən tanınmış jurnalist və Qarabağ qazisi Rey Kərimoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Reablitasiya Mərkəzinə yerləşdirilib.

Bu barədə Rey Kərimoğlu Gununsesi.info-ya özü məlumat verib.

Qarabağ qazisi bildirib ki, o, bir müddət bu bərpa mərkəzində müalicəsini davam etdirəcək.

Xatırladaq ki, fevralın 22-dən yüksək təzyiq və burundan qan açılması ilə Xətai Tibb Mərkəzinə çatdırılan tanınmış jurnalist Rey Kərimoğlu fevralın 27-də həmin xəstəxanadan çıxıb.

Qeyd edək ki, Qarabağ qazisinin səhhəti hələ də normallaşmayıb.

Gununsesi.info