Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

  • By ilhame
  • 23 İyun 2024 14:43

İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.

 

Gununsesi.info-ya DİM-dən verilən məlumata görə, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 119 nəzarətçi, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

 

İyunun 24-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

 

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Gununsesi.info