Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatır

  • By admin
  • 13 İyul 2017 18:02

fb980d95-aa81-4eae-bd09-706640104c7c

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14‑dək davam edəcək. 

Dövlət İmtahan Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

13 iyul saat 17:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmək hüququ olan 510 nəfərdən 331 nəfəri seçim edərək ərizəsini təsdiq edib.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.

Gununsesi.info