Reznikov Şoyqu ilə görüşmək İSTƏYİR

  • By admin
  • 31 Yanvar 2022 13:05

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Qərb tərəfdaşları vasitəsilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşməyə hazır olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Belə bir təşəbbüs olmayıb, amma kimsə bunu təşkil edərsə, razılaşmaq olar. Bura NATO və ya Avropa İttifaqı moderatorluq edə bilər. Mən görüşməyə, danışmağa, onlara təhlükə olub-olmaması ilə bağlı suala cavab verməyə hazıram”,- nazir bildirib.

Gununsesi.info