Reznikov Ukraynaya verilən bu sistemlərdən danışdı

  • By admin
  • 03 İyul 2022 15:40

ABŞ tərəfindən Ukraynaya verilən NASAMS hava hücumundan müdafiə sistemləri ölkəmizin səmasının müdafiəsini gücləndirəcək.

Gununsesi.info  xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

“ABŞ Prezidenti Co Baydenə və həmkarım Lloyd Ostinə Ukraynaya NASAMS verilməsi qərarına görə təşəkkür edirəm. Ukraynanın terrorçu ölkəyə qarşı müharibədə qələbəsi gələcək illər üçün qlobal təhlükəsizliyi təmin edəcək”, – Reznikov bildirib.

Qeyd edək ki, bir müddət öncə Pentaqon Ukraynaya 820 milyon dollarlıq növbəti hərbi yardım paketinin verilməsini təsdiqləmişdi. Yardım paketinə HİMARS RYAS-lar üçün əlavə sursatlar, iki NASAMS sistemi və 155 mm-lik artilleriya üçün 150 minə qədər mərmi daxildir.

Gununsesi.info