“Qardaşım Azərbaycanın ilk Milli qəhrəmanlarındandır. Onu çox vətənpərvər biri kimi tanıyıblar. Bizim üçün Riadın yoxluğunu yaşamaq, hiss etmək çox çətindir. Biz bu faciəni 31 il bundan öncə yaşamışıq. Ona həsr olunmuş bu vida mərasimi bir daha sübut etdi ki, Vətənin azadlığı uğrunda canlarını fəda edənlər heç vaxt unudulmur”.
Gununsesi.info xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun bacısı Mehriban Əhmədova deyib.
O qeyd edib ki, Riad kimi vətənpərvərlərin həyat və döyüş yolları gənclərə örnəkdir.
“Riad çox xeyirxah, sadə və vətənpərvər insan idi. O, döyüşlər zamanı, mühasirədə olanda belə yoldaşlarında ruh yüksəkliyi yaradırdı, onlarla zarafat edirdi. Bu da Riadin həm də yüksək insani keyfiyyətlərindən xəbər verirdi”.
Şəhidin bacısı Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
30 ildən sonra Qarabağda nəşi tapılan Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir.
DTX-nın Mədəniyyət Mərкəzində keçirilən mərasimdə dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edir.
Vida mərasimindən sonra mərhumun İkinci Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir.
Gununsesi.info