
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni Rihanna dünya miqyaslı təhsil sistemi mövzusunda Fransa prezidenti Emmanuel Makron ilə görüşüb.
Fransanın “Elysee” sarayına gələn müğənninin paltarı maraqla qarşılanıb. Daha öncə qırmızı paltarı ilə medianın gündəmindən düşməyən Rihanna bu dəfə sadəliyə üstünlük verib.
Onun geyimi hətta Fransanın birinci xanımı Bricit Makronu da təəccübləndirib. Təqdim edəcəyimiz görüntülərdə birinci xanımın üz ifadələrindən reaksiyasını aydın sezmək mümkündür.
Gununsesi.info