
Bu gün, Bakı vaxtı ilə saat 21:00-da Fransanın “Lil” klubu “Qəbələ”ni qəbul edəcək. Avroliqanın üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən bu oyun klubun yeni 50 min tutumlu “Pyer Morua” stadionunda deyil, əvəzedici arenada – “Lil Metropol”(18 min) stadionunda keçiriləcək.
Gununsesi.info “atv.az”a istinadən bildirir ki, bu “Qəbələ” klubunun statusu və oyunun fransız azarkeşləri üçün baxımlı olub-olmaması ilə bağlı deyil. Məsələ ondadır ki, iyulun 24-də əsas arenada dünya şöhrətli ulduz Rihannanın konserti keçirilib və tədbirdən sonra ot örtüyünün dəyişilməsinə qərar verilib. Ona görə, klub “Qəbələ” ilə oyunu əvəzedici stadionunda keçiriləcək.
Gununsesi.info