Rihanna Sevgililər Gününü onunla birgə keçirəcək – Kişi müğənnisi... - Foto

  • By admin
  • 11 Fevral 2020 16:23

Amerikalı müğənni və aktrisa Rihanna Nyu-Yorkda yeni geyim kolleksiyasının təqdimatında “The Cut” nəşrinin jurnalistinə 14 fevral – Müqəddəs Valentin gününü kiminlə keçirəcəyini açıqlayıb.

Gununsesi.org-un “Qafqazinfo”ya istinadən məlumatına görə, ifaçının cavabı belə olub:

“Mən studiyada olacağam. Bu səbəbdən çox həyəcanlanıram. Deyə bilmərəm, kiminlə çalışıram, amma mən onunla çoxdan mahnı yazdırmaq istəyirdim”.

Daha sonra Rihanna özünü saxlaya bilməyib və etiraf edib: “Yaxşı, deyəcəyəm sizə. Bu, Farrell Uilyamsdır”.

Farrell Uilyams

 

Gununsesi.org