
Gununsesi.info xəbər verir ki, bu yaxınlarda “The Gurdian”a müsahibə verən məhşur musiqiçi Kris Martin, “Çin şahzadəsi” adlı mahnıda duet ortağı olan Rihanna haqqında maraqlı açıqlama verib. Həmkarının səsini çox bəyəndiyini söyləyən ingilis musiqiçi, Rihannaya qeyri-adi tərif yağdırıb: “Onun səsi qeyri-adi səsdir. Rihannanın özunə məxsus səs tonu var. Bu səs tonu başqa səs tonları ilə səhv salına bilməz. Sanki düzgün bir şəkildə sıxılan diş məcununun qabı kimi çox gözəldi. Onun səsini düşünəndə ağac gövdəsi kimi zəngin bir varlıq ağlıma gəlir”.
Sevinc Xeyrulla