RİO-2016: 9-cu gündə yarışacaq idmançılarımız

  • By admin
  • 13 Avqust 2016 11:19

rio 2016

 

Braziliyada Yay Olimpiya Oyunları davam edir. Yarışın 9-cu günündə daha 3 Azərbaycan idmançısı çıxış edəcək. Boks üzrə super ağır çəkidə (+91 kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı İvan Diçko ilə mübarizə aparacaq. Güllə atıcımız Ruslan Lunyov isə 25 m məsafəyə hədəfi dəqiq nişan almaq üçün ikinci təsnifat mərhələsində çıxış edəcək. Velosipedçimiz Olqa İsmayılova isə keyrində ilk yürüşünə çıxacaq.

Boks

1/8 final

02:45. Məhəmmədrəsul Məcidov (+91 kq) – İvan Diçko (Qazaxıstan)

Güllə atıcılığı

25 m, II təsnifat mərhələsi

16:00. Ruslan Lunyov

Velospied idmanı

Keyrin, I mərhələ

17:00. Olqa İsmayılova

 

Gununsesi.info