“Rio-2016”: Azərbaycan atleti Yelena Çebanu yarımfinala yüksəldi

  • By admin
  • 12 Sentyabr 2016 09:05

cebanu

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının dördüncü günüdə Azərbaycan atleti Yelena Çebanu 200 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınayıb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, təsnifat mərhələsində atletimiz almaniyalı Katrin Muller-Rottqard, Braziliya təmsilçisi Alisiya de Oliviera Korrea və Papua Yeni Qvineydan olan Joylin Ceffereyə qarşı yarışıb. Məsafəni 24,16 saniyəyə qət edən idmançımız qrupda birinci yeri tutaraq yarımfinala yüksəlib.

Yarımfinal yarışları sentyabrın 12-də keçiriləcək.

Xatırladaq ki, Y.Çebanu Rio Paralimpiadasının ikinci günündə 100 metr məsafəyə qaçışda gümüş medal qazanıb.

Gununsesi.info