“Rio-2016”: Azərbaycanın sərbəst güləşçisi məğlub olub

  • By admin
  • 20 Avqust 2016 18:40

rio 2016

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi mübarizəyə başlayıb.

Gununsesi.info-nun məlumatına görə, olimpiya çempionumuz Şərif Şərifovdan sonra Avropa və dünya çempionatlarının, eləcə də “Bakı 2015” I Avropa Oyunlarının mükafatçısı Cəmaləddin Məhəmmədov döşək üzərinə çıxıb.

125 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançının 1/8 finaldakı rəqibi ABŞ-dan olan Tervel Dlaqnev olub.

Olimpiya çempionumuz Şərif Şərifovdan fərqli Məhəmmədov mübarizəyə məğlubiyyətlə başlayıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsi Məhəmmədovun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Güləşçimiz ikinci hissənin əvvəlində üstünlüyünü 5:0-a çatdırsa da, bundan sonra vəziyyət tam dəyişib. Belə ki, amerikalı rəqib 6 xal qazanaraq görüşü xeyrinə başa şatdırıb. Bununla da Məhəmmədov məğlub olub.

Döşək üzərinə ayağı sarıqlı çıxan güləşçimizin zədəsi də nəticəyə öz təsirini göstərib.

Məhəmmədov təsəlliverici görüşlərdə iştirak etmək üçün amerikalının finala qədər irəliləməsini gözləməlidir.

 

Gununsesi.info