“Rio-2016”-da ədaləti qoruyanlar arasında hakim Hicran Şərifov da olacaq

  • By admin
  • 13 Avqust 2016 20:34

hicran

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında sabah start götürəcək güləş yarışlarında qələbə uğrunda mübarizə aparacaq idmançılarımızla yanaşı, bu yarışlarda ədaləti qoruyanlar arasında Olimpiya dərəcəli hakim, London Olimpiadasında “Qızıl fit”lə mükafatlandırılmış Hicran Şərifov da olacaq.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Məlumat üçün bildirək ki, Hicran Şərifov 2008, 2012-ci il Olimpiya Oyunlarında da ölkəmizi hakim kimi təmsil edib.

Rio Olimpiadası Hicran Şərifovun 3-cü dəfə hakimlik edəcəyi ən böyük idman tədbiri olacaq.

Gununsesi.info