“Rio-2016”-da Olimpiya Oyunlarına həsr olunan kampaniya keçirilir

  • By admin
  • 13 Avqust 2016 13:12

ayaq

Bu il iştirakçı ölkələrin sayına görə (206) tarixdə ən irimiqyaslı Olimpiya Oyunları ilk dəfə olaraq Cənubi Amerika qitəsində – Braziliyada keçirilir. Belə bir möhtəşəm tədbirin şərəfinə Olimpiya hərəkatının ən uzunmüddətli tərəfdaşı olan “Coca-Cola” şirkət özəl #ThatsGold kampaniyasına start verib.

Gununsesi.info-ya şirkətdən verilən məlumata görə, sözügedən kampaniya hər bir insanın həyatında ən əhəmiyyətli və emosional məqamların, “qızıl anların” olduğunu xatırladır: işdə uğurlar, yarışlarda qalibiyyət, imtahanları müvəffəqiyyətlə vermək, şəxsi avtomobildə ilk gəzinti və hətta köhnə dostla gözlənilməz görüş. “Qızıl anlar”a gündəlik həyatımızın istənilən vaxtında rast gəlmək mümkündür, əsas odur ki, həmin an özünüzü itirməyib, sevincinizi bütün dünya ilə paylaşa biləsiniz. #ThatsGold kampaniyasının bu sadə və eyni zamanda vacib ideyasını tanınmış idmançılar açıqlayır.

Kampaniyanın əsasını titullu atletlərin idman zəfərləri anı və gündəlik həyatlarını nümayiş etdirən iki televiziya çarxı təşkil edir. Video-çarxlarda üzgüçülük üzrə ABŞ çempionu Natan Adrian, yüngül atletika və Britaniya idmanının parlamağa başlayan ulduzu Codi Uilyams və rəqs kimi incə isinmə hərəkətləri ilə interneti fəth etmiş maneəli qaçış üzrə avstraliyalı idmançı Mişel Cenneke çəkilib.

Videolardan başqa #ThatsGold kampaniyası çərçivəsində kreativ təsvirlər yaradılıb. Bu təsvirlərdə dünyanın müxtəlif ölkələrindən 20 olimpiyaçı adi həyat anlarında əllərində əvəzedilməz “Coca-Cola” butulkası ilə əks edilib.

Kampaniya idmançıları inanılmaz nəticələrə nail olmaq üçün səylə çalışan olimpiyaçı qismində göstərməklə yanaşı, onları yaşıdlarında olduğu kimi eyni maraqları nümayiş etdirir – dostlar, yığıncaqlar və maksimim əyləncə ilə yaşayan sadə insanlar kimi.

”Qızıl anlar”ı hər birimiz hiss edir. #ThatsGold kampaniyası çərçivəsində biz qızıl medal qazanmış idmançının keçirdiyi həyəcanlı və unudulmaz hisslərlə gündəlik həyatda hər kəsin yaşadığı sevinc, kiçik nailiyyətlərdən ilhamlanma hissləri arasında paralel müqayisə aparırıq. Məzmun etibarilə bunlar eyni təəssüratlar, eyni “qızıl anlar”dır», – deyə “Coca-Cola”nın qlobal kreativ üzrə vitse-prezidenti Rodolfo Eçeverriya bildirir.

Bundan başqa, “Coca-Cola” şirkəti Rionun Prasa Maua meydanında“Coca-Cola Olympic Station” geniş əyləncə meydançası təşkil edib. Burada Olimpiadaya gəlmiş gənclər rəqs edib, idmançılarla görüşüb və dostların əhatəsində buz kimi sərin “Coca-Cola”dan həzz ala bilərlər.

Yenicə bərpa edilmiş dəmiryolu deposunda “Coca-Cola Rio 2016” mətbuat mərkəzi fəaliyyət göstərir ki, bu da ən məşhur bloqerlərə vahid bir komanda halında birləşərək Oyunlar barədə məlumat hazırlamaq və öz “qızıl anlar”nı paylaşmaq imkanı bəxş edir. Bütün məlumatlar sosial şəbəkələrdə #ThatsGold həşteqi ilə yerləşdiriləcək.

Olimpiya parkında azarkeşlər üçün quraşdırılmış nəhəng “Coca-Cola” zonası da “qızıl anlar”a həsr edilib. 1 000 m² ərazidə insanları müxtəlif əyləncələr, soyuq “Coca-Cola”, Olimpiya məşəli ilə şəkil çəkdirmək, məhdud sayda təqdim olunmuş qızılı dəmir bankalar və xüsusi olaraq Olimpiya Oyunları üçün buraxılmış suvenir əldə etmək imkanı gözləyir.

“Coca-Cola” və Olimpiya Oyunları demək olar ki, yaşıddırlar: sərinləşdirici içki 1886-cı ildə yaradılıb, ilk müasir Olimpiya Oyunları isə 10 il sonra keçirilib. “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi (BOK) 1928-ci ildə Amsterdamda baş tutmuş Yay Olimpiya Oyunlarından başlayaraq tərəfdaşdırlar və sponsor dəstəyi haqda saziş ən azı 2020-ci ilə qədər qüvvədə olacaq. Təqdirəlayiqdir ki, “Coca-Cola” tərəfindən ayrılmış vəsaitlərin 90%-i mövcud idman infrastrukturlarının inkişafı və yeni infrastruktur obyektlərinin təşkilinə yönəlib. Bu isə dünyanın hər bir yerində idmançıların yetişməsi və ən yaxşı nəticələrə nail olmasına şərait yaradır.

“Coca-Cola” 1928-ci ildən etibarən bütün idmançıları birbaşa və ya dolayısı ilə maliyyələşdirib. Əgər 1928-ci ildən etibarən iştirak etmiş idmançıların sayını hesablasaq, o zaman əhəmiyyətli bir göstərici ortaya çıxar. Bizim üçün bu, möhtəşəm bir nailiyyətdir», – deyə “Coca-Cola”nın Olimpiya Oyunları idarəsinin rəhbəri Tieri Borra qeyd edib.

Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanda “Coca-Cola” şirkəti Milli Olimpiya Komitəsi ilə fəal şəkildə tərəfdaşlıq edir və onunla birgə “Olympic Moves” məktəb idman proqramını həyata keçirir. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olympic Moves” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım və Azərbaycanda idmanın inkişafına töhfə vermək məqsədi ilə yaradılıb.

ayaq1

 

Gülnaz Qənbərli

Gununsesi.info