“Rio-2016”-dan növbəti sevindirici xəbər - Boksçumuz ilk görüşünü qələbə ilə başa vurdu

  • By admin
  • 08 Avqust 2016 22:19

abdul

Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycan boksçusu, dünya çempionatının bürünc medalçısı, birinci Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayev (91 kq) mübarizəyə başlayıb.

Gununsesi.info-nun məlumatına görə, boksçumuz rinqdəki ilk döyüşündə Fransa idmançısı Paul Omba Bionqolo ilə qarşılaşıb. Fransalı rəqibini texniki nakautla məğlub edən Abdulqadir Abdullayev dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Avqustun 10-da növbəti döyüşünə çixacaq idmançımızın rəqibi özbəkistanlı Rustam Tulaganov olacaq.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə 49 kiloqram çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırsa da, 81 kiloqramda çıxış edən Teymur Məmmədov Olimpiadaya qələbə ilə başlayıb.

Gununsesi.info