
Gununsesi.info-nun məlumatına görə, “Rio – 2016″da bugün daha bir neçə idmançımız mübarizəyə qoşulacaq.
16:37. Kanoedə Valentin Demyanenko start xəttinə çıxacaq.
17:00 49 kq-da taekvondoçu Patimat Abakarova 1/8 finalda serb Tiyana Boqdanoviçlə qarşılaşacaq.
17:05 Atlet Hayle İbrahimov 5 min metr məsafəyə qaçış yarışında iştirak edəcək.
17:19 Kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşə çıxacaq.
17:48 Azərbaycanın qadın güləşçilərindən Mariya Stadnik 48 kq çəki dərəcəsində ilk görüşünü keçirəcək. 1/8 finalda rəqibi argentinalı Patrisiya Bermudes olacaq.
17:56 Güləşçimiz Yuliya Ratkeviç 58 kq çəkidə 1/8 final qarşılaşmasında çıxış edəcək. O, ukraynalı Oksana Herhellə üz-üzə gələcək.
22:30 Boksçu Elvin Məmişzadə 52 kq çəki dərəcəsində özbək Şaxobidin Zoirovla 1/4 final görüşündə üz-üzə gələcək. Məmişzadə qələbə qazansa, yarımfinala yüksələrək, ən azı bürünc medalı özünə təmin edəcək.
Gununsesi.info