“Rio-2016″da Azərbaycanın ilk təmsilçisi çıxış edib

  • By admin
  • 05 Avqust 2016 23:13

rio

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk təmsilçisi çıxış edib.

Gununsesi.info-nun məlumatına görə, Olqa Senyuk kamandan oxatma üzrə qadınların fərdi mübarizəsinə qatılıb.

25 yaşlı idmançı təsnifat mərhələsində 623 xalla 37-ci yeri tutub. Onun 1/16 finaldakı rəqibi çinli Tsao Xuey olacaq. Xuey təsnifat mərhələsini 631 xalla 28-ci pillədə başa vurub.

İki oxatanın mübarizəsi avqustun 10-da saat 00:57-də start götürəcək.

 

Gununsesi.info