“Rio-2016″nın on dördüncü günündə daha 22 dəst medal sahibini tapacaq

  • By admin
  • 19 Avqust 2016 10:12

rio-yeni

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının on dördüncü günündə – avqustun 19-da idmançılar 22 dəst medal uğrunda yarışacaqlar.

Gununsesi.info xəbər verir ki, kişilər arasında 8, qadınların mübarizəsində isə 13 dəst medal sahibini tapacaq.

Kişilərin mübarizəsində atletika (50 kilometr məsafəyə idman qaçışı, çəkicatma, 100 metr məsafəyə estafet yarışı), badminton (cütlük), velosiped idmanı (BMX), sərbəst güləş (57, 74 kq) və taekvondo (80 kq) yarışlarında qaliblər müəyyənləşəcək.

Qadınlar arasında isə badminton (fərdi), sinxron üzgüçülük (komanda), atletika (20 kilometr məsafəyə idman qaçışı, şüvüllə tullanma, 5000 metr məsafəyə qaçış, 100 metr məsafəyə estafet yarışı), velosiped idmanı (BMX), boks (60 kq), otüstü xokkey, futbol, su polosu, müasir beşnövçülük və taekvondo (67 kq) üzrə yarışlarda medallar sahibini tapacaq.

Həmçinin bu gün atçılığın konkur növü üzrə şəxsi yarışların qalibləri bilinəcək.

Yarışın on dördüncü günündə 6 Azərbaycan idmançısı mübarizə aparacaq. Yarışda taekvondoçularımız Milad Beigi Harçeqani (80 kq), Fəridə Əzizova (67 kq), bədii gimnast Marina Durunda, sərbəst güləşçilər Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq), boksçumuz Lorenzo Sotomayor (64 kq) ölkəmizi təmsil edəcək.

Gununsesi.info