Riqada Rusiya səfirliyinin yerləşdiyi küçənin adı “Ukraynanın Müstəqilliyi” olaraq dəyişdirilib – FOTO

  • By admin
  • 04 Mart 2022 23:00

Riqa Şəhər Şurası Rusiyanın hərbi hücumuna müqavimət göstərən Ukraynanı dəstəkləyib və Ukrayna xalqının qəhrəmanlığının şərəfinə küçələrdən birinin adının dəyişdirilməsinə qərar verib.

Maraqlıdır ki, məhz həmin küçədə Rusiya Federasiyasının Latviyadakı səfirliyi yerləşir.

Bundan sonra Antoniyas küçəsi “Ukraynanın Müstəqilliyi” adını daşıyacaq.

Bu barədə Riqa Şəhər Şurasının rəsmi “Twitter” hesabında məlumat verilib.

“Ukrayna xalqının qəhrəmanlıq mübarizəsinə ən güclü dəstəyi ifadə etmək üçün Riqa Antoniyas küçəsinin Rusiya Federasiyasının Latviyadakı səfirliyinin yerləşdiyi hissəsinin adını dəyişdirərək Ukraynanın Müstəqilliyi küçəsi adlandıracaq”, – paylaşımda deyilir.

Gununsesi.info