Gununsesi.info Turkaznews-a istinadən məlumat verir ki, dünyada insanların yarısından çoxunu qadınlar təşkil etsə də, yəqin ki yalnız bir dəfə-ilkin ibtidai-icma quruluşunda bəzi xalqlarda mövcud olan Matriarxat dövründə qadınların hüquqları kişilərinkindən üstün olub. Təsərrüfat fəaliyyətinin genişlənməsi kişilərin rolunu cəmiyyətdə və ailədə ön plana çəkmiş, beləliklə patriarxat ictimai quruluş forması bərqərar olmuşdur. Bundan sonra bəzi qəbilə və tayfalara məxsus kiçik istisnalar nəzərə alınmazsa, tarixin bütün kəsimlərində qadınların hüquqlaının kişilərlə bərabərləşdirilməsi, onların əməyinin eyni meyarlarla qiymətləndirilməsi, kişilərlə bərabər təhsil alması, ictimai işlərdə çalışması, problemlərinin həlli üçün onlara hüquqların verilməsi həmişə cəmiyyət qarşısında mühüm bir məsələ kimi durub.
Əgər bütün dünya xalqlarının tarixinə nəzər salsaq görərik ki, qadınlara münasibət mənfi olub. Xüsusilə də, F. Engelsin qeyd etdiyi kimi, ana hüququnun devrilməsindən sonra qadınlar cəmiyyətdə öz şərəfli mövqeyini itirib, ərin kənizi olub. Bu, qadın cinsinin ÜMUMDÜNYA məğlubiyyəti idi.
Böyük Alman filosofu A. Bebel ‟ Qadın‟ adlı əsərində yazırdı ki, qədim Yunanıstanda qadın-alınıb satılan şey hesab olunurmuş. Qadın ər evinə gətiriləndən sonra öz ailəsinin adından çıxır və daha böyüdüyü ailəyə mənsub olmurdu.
Qədim Spartada, övladı olmayan qadının kəbini ləğv olunurdu. Yunan filosofu Platon hər gün Allaha şükür edirmiş ki, qul, kəniz kimi yox, azad insan-kişi cinsinə mənsub olaraq dünyaya gəlib.
Hindistanda, ‟Riqveda‟ dini kitabında -qadın düşmənçilik mənbəyidir, ona görə qadınlardan uzaq olmaq lazımdır və qadına görə ADAM öz namusunu itirir kimi fikirlər yer alıb.
Buddizm dinində də təqribi belə fikirlər var. ‟Qadın günah varlıqdır, onun sifəti müqəddəs adamınkına oxşamır, qəlbi isə şeytan qəlbinə bənzəyir.‟
‟Vetxi zavet‟ dini kitabının on ayəsinin hamısı kişilərə həsr edilib, yalnız 9-cu ayədə qulluqçu, ev heyvanları arasında qadının adı çəkilib.
Qədim İsraildə isə, kişilər harada gözəl qadın görsəydilər, onu yaxalayıb ‟Milita‟ məbədinə təhvil verərmişlər. oraya ibadətə gələnlər əsir götürülmüş xanımların hüsn-camalına pərəstiş edərlərmiş… belə misallar çoxdur, sadalamaqla bitməz. Nə yaxşı ki, bu əcaib fikir və düşüncələr qadınlıq aləmini ləkələyə bilmədi.
Tərəqqipərvər şəxsiyyətlərin sayəsində bu avam, mövhumu fikirlər tarix kitabının tozlu vərəqləri arasındaca itib-batdı və ədalət öz layiqli yerini aldı. Belə ki, sonralar- Yunanıstanda Afrodita, Artemida, Femida ilahələrinin simasında ən gözəl sənətkarlar onların obrazlarını yaratdı. Hindistanda qadına bəslənən mənfi münasibətə baxmayaraq, öz ilahələrini gözəl qadın sifətində heykəllərdə yaradıblar. Misirdə, Assuriyada, Babilistanda, Romada, Yaponiyada və başqa yerlərdə qadın obrazları ilahiləşdirilib, xalq sənətində, ədəbiyyatında incə varlıq kimi təsvir edilib.
Bəs bizdə? – bizdə də misal çəkiləcək nümunələr var təbii ki. Tomris, Nigar, Həcər, Kitabi dədə Qorqudda qadın mərdliyinin, müqəddəs analığın təsviri, hələ Qədim Roma tarixçisi Appianın yazdığı kimi. „ Yaralı döyüşçülər arasında xeyli qadın da var idi…“ (eramızdan əvvəl 65-ci ildə Roma sərkərdəsi Pompeyin qoşunları Azərbaycana soxulanda kişilərlə bərabər, çiyin-çiyinə vuruşan qadınları nəzərdə tutaraq.) -məsələn. Bəs bu gün?… Belə nümunələrimiz, qürurlanacağımız məqamlar, sübutlar və bu sözləri qürurla ifadə etməyimizə əsas verən əsl Qadınlarımız- sələf və xələflərimiz olub, var, olacaq da!
Sima Çələbi
Türkiyə
Gununsesi.info