
İngiltərənin Baş naziri Rişi Sunak ündəm olacaq açıqlamalar səsləndirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi təhsil sahəsində atacaqları addımlardan danışıb.
Sunak “Uğurlu olmaq üçün universitet oxumağa məcbur deyilsiniz”, – deyə söyləyib.
İş tapma zəmanəti olmayan fakültə ixtisaslarına məhdudiyyətlər gətirəcəyini bildirən Baş nazir irəliki zamanlarda bəzi bölmələrin qapadılacağını dilə gətirib.
Sunak aşağı keyfiyyətli universitetlərin “soyğun” edərək tələbələrdən faydalandığını iddia edib. Sunakın fikrincə, həmin aşağı səviyyəli universitetlər oxuyan tələbələrini maddi olaraq pis durumda buraxır.
Tərcümə: Arzu