Robert Köçəryanın oğlu istintaq altında

Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan Ermənistan İstintaq Komitəsinə çağırılıb.

Gununsesi.info erməni mediasına istinadən bildirir.

“Mən və Sergey Asaturov sentyabrın 22-də mənə qarşı başlanmış siyasi təqib işi üzrə istintaq komitəsinə çağırıldıq. Bir müddət sonra onların hansı “sürpriz” hazırladıqları məlum olacaq”, – Köçəryan Teleqram kanalında yazıb.

Bir qədər sonra isə o, əlavə edib ki, Asaturova qarşı ittiham irəli sürülüb və onlar hələ də İstintaq Komitəsindədirlər.

 

 

Gununsesi.info