Robert Pattinson “Dior”un dəb nümayişinə ətəklə gəldi -FOTO

Britaniyalı aktyor Robert Pattinson ictimaiyyət qarşısına ənənəvi qadın geyimində çıxıb və fotoqrafların marağına səbəb olub.

36 yaşlı məşhurun ​​Paris Moda Həftəsi çərçivəsində baş tutan “Dior” dəb nümayişinə qatıldığı məlum olub. Aktyor kürk gödəkçə və midi büzməli mavi ətəkdə görüntülənib. Eyni zamanda o, ayaqqabı kimi hündür rezin çəkmələri seçib və aksesuarlardan imtina edib.

Qeyd edək ki, son zamanlar ənənəvi olaraq qadın geyimlərinin kişilər arasında dəb halına gəlməsi müşahidə olunur.

Mənbə: lenta.ru