Robert Sekuta: “ABŞ Peterburqda prezidentlərin görüşündə əldə olunmuş müsbət tempi alqışlayır”

  • By admin
  • 23 İyun 2016 10:22

Sekuta

 

“ABŞ iyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş üçtərəfli görüşdə əldə olunmuş müsbət tempi, təkanı alqışlayırıq”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu müsbət irəliləyiş Vyanada ABŞ-ın vasitəçiliyi və ATƏT-in Minsk qrupu həmsədrlərinin köməyi ilə keçirilən görüşün davamı xarakteri daşıyır: “Bütün həmsədrlər və həmsədr ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar. Burada əsas məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir”.