Robert Sekuta Azərbaycandan gedir - ABŞ-IN YENİ SƏFİRİ KİM OLACAQ?

  • By admin
  • 15 Mart 2018 15:08

ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycanda diplomatik missiyasını başa vurur. Gununsesi.info bildirir ki, bunu “İnterfax Azərbaycan” saytına səfir özü deyib: “Bəli, mən, həqiqətən, Azərbaycanda diplomatik missiyamı başa vururam”. Sekuta deyib ki, Azərbaycanı martın sonunda tərk edəcək.

O,  əlavə edib ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin kimi olacağını bilmir.

Xatırladaq ki, R.Sekuta 2014-cü ilin dekabr ayından ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışır.