İrəvan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın İrəvanda kütləvi etirazlar zamanı polis əməkdaşlarına qarşı zorakılıq tətbiq etməkdə ittiham olunan oğlu Levon Köçəryanın barəsində bir aylıq həbs qət-imkan tədbiri seçilib.
Gununsesi.info xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Qoçubayev Facebook səhifəsində yazıb.
Vəkil qeyd edib ki, Levon Köçəryan sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. Köçəryan aksiyalar zamanı 4 polis əməkdaşını döyməkdə şübhəli bilinir.
Səid Əhmədli
Gununsesi.info