
Norveç alimlərinin hazırladığı sürətli və qıvraq hərəkətə malik robot ilan balığı “Eelume” dənizin dibinə enəcək. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, alimlərin “dəniz gözətçisi” adlandırdıqları robot dənizin dibində olan boru və əlaqə xətlərinə nəzarət edəcək. İlan şəklində olmağı isə onun elastiklik və ən çətin nöqtələrə daxil olma qabiliyyətini asanlaşdırır. Robotun dənizaltı xidmət xərclərini dəfələrlə azaldacağı ehtimal olunur. Okeanların işıq üzü görməyən nöqtələrinə qədər gedib çata bilən bu robot ilan balığının hazırlanması ilə, sanki sualtı dünyaya daha bir canlı əlavə olunub.
Nigar Cəfərli
Gununsesi.info