Robotla Fukusima Atom Elektrik Stansiyasından nümunələr götürülüb

Fukuşima Atom Elektrik Stansiyasından ilk radioaktiv yanacağın nümunəsi robotla alınıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Fukusima Daxili Atom Elektrik Stansiyasında 2011-ci ildə baş verən qəzadan sonra robot ilk dəfə radioaktiv yanacaq nümunəsi götürüb.

Bu nümunə elektrik stansiyasının təhlükəsiz istismardan çıxarılmasının planlaşdırılmasına kömək edəcək.

Fukusima Dai-i Atom Elektrik Stansiyasının operatoru olan Tokyo Electric Power Company (TEPCO) açıqlamasında bildirib ki, ilk dəfə olaraq robotun köməyi ilə stansiyadan ərimiş bərk yanacaq nümunəsi götürülüb. Açıqlamada stansiyadan götürülən hissənin radioaktivlik səviyyəsindən asılı olaraq nümunənin sınaqlara məruz qalıb-qalmayacağına və ya yenisi ilə əvəz ediləcəyinə qərar veriləcəyi və işin müəyyən bir şəkildə aparıldığı bildirilib.

Qeyd edək ki, bu, işçilərin radiasiyaya məruz qalmasını minimuma endirmək üçündür.

Orxan Saffari

Gununsesi.info