“ROLLS-ROYCE” dəbli gələcəyin konseptual avtomobilini təqdim edib

  • By admin
  • 16 İyun 2016 17:15

Avtoy (1)

 

Bu gün Londonun “Roundouse” kompleksində keçirilmiş təntənəli tədbirdə “Rolls-Royce Motor Cars” şirkəti dünyaya gələcəyin dəbdəbəsini təqdim edərək avtomobil sənayesinin tarixi dönüş məqamını qeyd edib. 103EX adı altında dünyaya təqdim edilmiş yeni “Rolls-Royce” brendin ilk konseptual modelidir. Bu haqda Gununsesi.info-ya şirkətin mətbuat xidmətindən məlumat verilib. “Rolls-Royce VISION NEXT 100” gələcək on illiklərdə dəbdəbəli avtomobil necə görünəcəyi barədə zərif və həqiqi gözəllik dolu xəyaldır: 2040-cı ildən başlayaraq təkraredilməz, öz sahibini mükəmməl rahatlıq ilə bürüyən sürücüsüz avtomobil təqdim ediləcək və avtomobilin möhtəşəm zahiri görünüşü ətrafdakı insanların heyran dolu baxışlarını cəlb edən salondan çıxan şəxsin status və şəxsiyyətinə uyğun olacaq. “Rolls-Royce VISION NEXT 100” gələcəyin dəbdəbəli avtomobilinə olan tələbləri öncədən görür. Brendin tərəfdaşları ilə uzun aylar ərzində aparılmış tədqiqat və müzakirələr nəticəsində yaradılmış avtomobil müştərilərin arzularını aydın şəkildə ifadə edir. Gələcəyin “Rolls-Royce” avtomobili yüz ildən artıq müddət ərzində dünyanın ən tələbkar və nüfuzlu şəxslərin bu brendi seçməyə vadar etmiş bütün əsas üstünlükləri özündə cəmləşdirməlidir. “Hazırda ultralüks sektorunun aparıcı brendi sayılan “Rolls-Royce” avtomobil sənayesinin gələcəyini müəyyən edib. “Rolls-Royce VISION NEXT 100” gələcəyə əminliklə baxır ki, burada müştərilərin fərdi istəkləri texnologiya, dizayn və misilsiz ustalıqla qarşılanacaq. Bu, “Rolls-Royce” şirkətinin fərqləndirici xüsusiyyətidir”, – deyə “Rolls-Royce Motor Cars” şirkətinin baş direktoru Torsten Müller Otvos (Torsten Müller-Ötvös) qeyd edib. “Biz “Rolls-Royce VISION NEXT 100” avtomobilini yaratdığımız zaman qəsdən keçmişdən ilhamlanmaqdan qaçırdıq. Biz maksimal dərəcədə innovativ bir avtomobil yaratmaq arzusunda idik və eyni zamanda əfsanəvi avtomobilin ənənəvi görüşünü qorumaq istəyirdik”, – deyə “Rolls-Royce Motor Cars” şirkətinin dizayn üzrə direktoru Cayls Teylor (Giles Taylor) bildirib. Brend “VISION NEXT 100” avtomobilini təqdim edərək mövcud və gələcək müştərilərin arzularını hökmən nəzərə alacağına zəmanət verir. Xüsusi konseptə sahib olan avtomobil bir daha təsdiq edir ki, “Rolls-Royce” gələcəyin simasızlaşdırılmış və utilitar nəqliyyat konsepsiyasını rədd edir. Müştərilərin ehtiyaclarını nəzərə alaraq brend təsirli və məqsədyönlü ideyasını təqdim edir: özünü idarə edən, geniş, həqiqətən də dəbdəbəli və sahibinin barmaq izi kimi unikal avtomobil.

Avtoy (3)Avtoy (2)

 

Gülnaz Qənbərli