“ROLLS-ROYCE” retro-festivalda iştirak edəcək

  • By admin
  • 19 Sentyabr 2016 12:52

Goodwood Revival for Rolls-Royce Motor CarsPhoto: James Lipman

Bu il “Rolls-Royce Motor Cars” şirkəti yenidən “Goodwood Revival” retro avtomobillərin əfsanəvi ralli yarışlarında iştirak edəcək.

HTML tutorial

Gununsesi.info-nun xəbərinə görə, brendin pərəstişkarları üçün əsas diqqət mərkəzi “Berkley Square” və “Park Lane”dəki 1950-ci illərin məşhur “Rolls-Royce” London salonlarının dəbdəbəli atmosferini yenidən dirçəldən “The March Motor Works” pavilyonu olacaq.

«Berkley Square» sərgi zalında “Rolls-Royce” iki möhtəşəm avtomobilini təqdim edəcək: “New Haven Salamanca“ gövdəli 1923-cü ilin “Silver Ghost Springfield” və “James Young”atelyesinin ustaları tərəfindən dizayn edilmiş və daraldılmış arxa şüşələri ilə seçilən 1967-ci ilin “Phantom V” modelləri.

Retro-festival çərçivəsində “Rolls-Royce” bir zamanlar brend avtomobilləri üçün peşəkar sürücülərin hazırlığı ilə məşğul olan məşhur “Ağ əlcəklər məktəbi”ni yenidən yaradacaq. Peşəkar mühəndis bacarıqlarının əldə olunması proqramın əsas elementlərindən biri olduğundan ekspozisiyada orijinal dəzgahlar, divar diaqrmaları, alətlər üçün qutular və həmin dövrün isitfadə təlimatları da yer alacaq.

“Rolls-Royce” yarış meydançasında birbaşa olaraq “Park Ward” atelyesində yığılmış unikal 1954-cü ilin modeli – “Silver Dawn” avtomobili ilə təmsil olunacaq. Bu möhtəşəm kupe-kabriolet bütün festival iştirakçılarına mütləq səssizlik içində əfsanəvi gedişdən zövq almağa imkan verəcək.

“Goodwood Revival” çərçivəsində Qudvud yolu boyunca müasir modellərə də rast gəlmək mümkün olacaq: dəvət almış VIP qonaqlar zavoddan və Qudvudun cənub-şərqində yerləşən baş ofisdən hərəkət edəcək eksklüziv “Rolls-Royce” şatllarından da istifadə edə biləcək.

Gülnaz Qənbərli

Gununsesi.info