Roma 2024-cü il olimpiadasına namizədlikdən imtina edir

  • By admin
  • 29 Avqust 2016 18:52

mer

İtaliyanın paytaxtı Roma 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən imtina edəcək.

Gununsesi.info xəbər verir ki, məşhur “Inside The Games” nəşrinin verdiyi məlumata görə, şəhərin yeni meri Virciniya Raci belə bir fikrə düşüb.

O əmindir ki, Roma olimpiadanın keçirilməsinə deyil, öz iqtisadi problemlərinə diqqət yönəltməlidir. Xanım mer imtina qərarını İtaliya paralimpiya yığmasının Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Oyunlara yolasalma mərasimində açıqlaya bilər. Romanın olimpiada təşkilinə xərcləməyi planlaşdırdığı 27,5 milyon dollar rəqibləri Los-Anceles (ABŞ), Budapeşt (Macarıstan) və Paris (Fransa) şəhərlərinin nəzərdə tutduğu məbləğdən əhəmiyyətli dərəcədə geri qalır.

Qeyd edək ki, qalib şəhərin adı 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq.

Gununsesi.info