
“Barselona”nın hücumçusu Munir El-Haddadi karyerasını İtaliyada davam etdirə bilər.
Gununsesi.info-nun xarici mətbuata istinadən məlumatına görə, “Roma” gənc forvardın xidmətində maraqlıdı.
Paytaxt klubunun idman direktoru Monçi bununla bağlı İspaniya nəhənginə müraciət edib. Monçi qarşı tərəfdən 22 yaşlı hücumçunu istəyib. Kataloniya klubu isə transferə çıxarılan Munirin keçidi üçün 25 milyon avro tələb edib. “Barsa” rəhbərliyi nə icarə, nə də əlavə mükafat variantına razıdı. Lakin “canavarlar” məbləği aşağı saldırmağa çalışırlar.
Qeyd edək ki, Munir El-Haddadi ötən mövsüm icarə əsasında çıxış etdiyi “Valensiya”nın heyətində 33 oyun keçirib, 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Gununsesi.info