Roma Papası Azərbaycan və Ermənistana çağırış etdi

  • By admin
  • 19 İyul 2020 15:47

Roma Papası Fransısk Ermənistan və Azərbaycan arasında mövcud olan uzun müddətli problemin həllinə sülh yolu ilə nail olmağa çağırıb.

Gununsesi.org xəbər verir ki, o, son günlər baş verənlərdən narahatlığını ifadə edib.

“Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm”, – pontifik bildirib.

Papa Fransisk son döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyini vəd verib. O, ümid etdiyini bildirib ki, beynəlxalq ictimaiyyət dialoq və tərəflərin xoş istəyi ilə münaqişənin bu sevimli xalqların xeyrinə davamlı sülh ilə həll yolunu əldə edə bilər”.

Gununsesi.org