Roma Papası baş yepiskopu vəzifəsindən azad edib - PEDOFİL İMİŞ

  • By admin
  • 05 Aprel 2019 09:29

Roma Papası Fransisk ABŞ torpağı olan Guam adasındakı baş yepiskop Antoni Apuronu vəzifəsindən azad edib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, bu qərar Apuronun 3 uşağa cinsi təcavüz etdiyi haqqında məhkəmə qərarı çıxarılmasından sonra verilib.

 73 yaşlı baş yepiskop günahsız olduğunu bildirərək yuxarı instansiya məhkəməsinə şikayət etsə də, Vatikan məhkəmənin qərarını təsdiqləyib.

Qeyd edək ki, Apuron 1986-cı ildən baş yepiskop olaraq fəaliyyət göstərirdi. Onun haqqında ilk təcavüz ittihamı 2016-ci ildə 50 yaşlı rahibə tərəfindən ortaya atılmış, daha sonra digər “qurbanlar” da bundan cəsarətlənərək etiraflar etmişdilər.