Roma Papası Cənubi Sudana gedib - FRANSİSK PARÇALANMIŞ XALQI BİRLİYƏ ÇAĞIRDI

  • By admin
  • 06 Fevral 2023 11:05

 

Roma Papası Fransisk vətəndaş müharibəsindən sonra dünyanın ən gənc ölkəsini bərpa etmək üçün Cənubi Sudanda sülhə son çağırış edib.

Bazar günü pontifik Cənubi Sudanın siyasi rəhbərliyi də daxil olmaqla Djubada müstəqillik qəhrəmanı Con Qaranqın abidəsi önündə kütləvi mərasim keçirib.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

Papa ölkə xalqını silahı yerə qoymağa və bir-birini bağışlamağa çağırıb. “Bizə edilən pisliyə görə ürəyimiz qanasa belə, pisliyə görə pisliklə cavab verməyək” – Fransisk bildirib.

Cənubi Sudan əhalisinin əksəriyyəti xristianlardır. 2011-ci ildə müstəqillik qazanan ölkə uzun müddətdir ki, vətəndaş müharibəsi və münaqişələr nəticəsində parçalanıb.

Papanın səfəri həm də dünyanın diqqətini neftlə zəngin, eyni zamanda dünyanın ən yoxsul ölkələrindən biri olan və illərlə davam edən ekstremal vəziyyətlər nəticəsində didərgin düşmüş 2 milyon insan üçün humanitar ehtiyacların kəskin şəkildə artdığı ölkənin acınacaqlı vəziyyətinə cəlb etmək məqsədi daşıyıb.

 

Tərcümə:

Adil Elxanoğlu