Roma Papası göydə nikah kəsdi –  Video

  • By admin
  • 19 Yanvar 2018 21:10


Roma Papası II Fransisk Perudan Çiliyə səfər edən zaman təyyarədə nikah kəsib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Papa stüardessa Paula Podest və ekipaj rəhbəri Karlos Çuffardini evləndirib.

8 ildir birlikdə olan cütlüyün İzabella və Rafaella adlı iki uşağı olsa da, onlar vaxt azlığından rəsmi şəkildə evlənə bilmədiklərini söyləyiblər.

Cütlük Fransiskin onların olduğu təyyarədə uçmasını fürsət bilib və nikahlarını kəsməsini xahiş ediblər.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info