Roma Papası I Fransisk şənbə günü Ukraynanın paytaxtı Kiyevə səfər etməyi düşündüyünü bildirib.
Gununsesi.info xəbər verir ki,bu barədə Reuters-in yaydığı məlumatda bildirilib.
Onu Romadan Maltaya aparan təyyarədə jurnalistin Ukraynanın siyasi və dini hakimiyyət orqanlarından dəvət alıb-almadığı barədə sualına Fransisk belə cavab verib:
“Bəli, masanın üstündədir”.
Papa bununla bağlı hər hansı təfərrüat açıqlamayıb.
Roma Papası I Fransisk Ukrayna prezidenti Vladimir Zelenski, Kiyev meri Vitali Kliçko, arxiyepiskop Svyatoslav Şevçuk və Ukraynanın Vatikandakı səfiri Andriy Yuraş tərəfindən dəvət edilib.
Qeyd olunur ki, Roma Papası I Fransisk Zelenski və Şevçukla telefonla danışıb.
Gununsesi.info