Roma Papası LGBT-yə dəstək verdi

  • By arzu
  • 28 İyul 2023 13:22

Dünya Katoliklərinin lideri Roma Papası Frensis LGBT-yə dəstək açıqlaması verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Vatikanın mətbuat orqanı tərəfindən yayımlanan açıqlamada bildirilir ki, Papanın həmcinslilərlə(homoseksual) bağlı suala “Tanrı bizi olduğumuz kimi sevir” cavabını verib.

Bu olayda Papa İtaliyan Giona adlı bir trans fərdin ona LGBT cəmiyyəti və həmcins evliliklər sualına cavab olaraq bildirib.

Din adamının skandal sözləri və LGBT-yə müsbət yanaşması böyük gündəmə səbəb olub.

Qarşıdakı həftə Portuqalıyadakı Katolik gənclik festivalına qatılacaq olan Papanın ona yönəldilən səsli suallara cavabı böyük maraq oyandırıb.

Xatırladaq ki, Papanın homoseksual bir rahib haqqında soruşulan suala “Mən kiməm ki ittiham edim” şəklində cavab verərəkən onun bu addımı LGBT cəmiyyəti tərəfindən təriflərlə qaşrılanmışdı.

Tərcümə: Arzu

Gununsesi.info