Roma Papası məzar yerini hazırlatdı

  • By admin
  • 13 Dekabr 2023 17:34

86 yaşlı Papa Fransisk Romadakı “Santa Maria Maggiore” bazilikasında dəfn yerinin hazırlandığını bildirib. Papa həmçinin bildirib ki, o, papaların vəfatından sonra dəfn mərasimlərinin sadələşdirilməsini istəyir.

Gununsesi.info bildirir ki, katoliklərin ruhani lideri və Vatikanın başçısı Papa Fransisk bir müddətdir sağlamlıq problemləri ilə mübarizə apardığı üçün “sələfi Papa XVI Benedikt kimi istefa verə bilər” kimi gəzən şayiələrə cavab verib.

“Hazırda istefa vermək fikrim yoxdur”. 86 yaşlı Papa Fransisk ona qarşı irəli sürülən ittihamları rədd edib.

Papa, Hz.Məryəmə böyük sədaqəti olduğunu bildirərək, Romadakı “Santa Maria Maggiore” bazilikasında dəfn yerinin hazırlandığını və papanın dəfn mərasimlərinin də sadələşdirilməsini istədiyini deyib.

2022-ci ilin dekabrında İspaniyanın ABC qəzetinə verdiyi müsahibədə Papa səhhətində yaranan problemlər səbəbilə vəzifəsini yerinə yetirə bilməyəcəyi təqdirdə istefa məktubunu 9 il hazır saxladığını bildirib.

Noyabrın 25-də tənəffüs yolu xəstəliyi səbəbiylə Romadakı Gemelli Xəstəxanasında müayinə olunan və bəzi səfərlərini və proqramlarını ləğv etmək məcburiyyətində qalan Papa, son günlər olduğu kimi proqramlarına davam etməyə başlayıb.

Papa Fransisk mart ayında tənəffüs yolu infeksiyasının müalicəsi və iyunda kəsik yırtığı üçün qarın divarına protez qoyulması əməliyyatı üçün Gemelli Xəstəxanasına yerləşdirilib.

Gununsesi.info