Roma Papası Messiyə hədiyyə verdi - FOTOLAR

  • By admin
  • 24 Yanvar 2022 19:23

“Paris Sen-Jermen” klubunun hücumçusu Lionel Messi Katolik kilsəsinin Lion yeparxiyasının rəhbəri Emmanuel Qobilyardan hədiyyə alıb.

Gununsesi.info xəbər verir ki, argentinalı hücumçuya Roma Papası Fransiskin imzası olan köynək hədiyyə edilib. Qobilyar bu barədə öz Tvitter hesabında məlumat yayıb:

“Bu gün Lionel Messiyə Papa Fransisin imzası olan ilk rəsmi Vatikan köynəyini verdim. Messi mömindir və o, mənə bu jestin onun üçün nə qədər vacib olduğunu söylədi. Biz birlikdə dua etdik”.


Gununsesi.info