
Roma Papası Fransiskin Peruya səfəri başlayıb.
Gununsesi.info xəbər verir ki, hava limanında Roma Papasını Peru prezidenti Pedro Kuçinski qarşılayıb. Cümə günü, yanvarın 19-u, Roma Papası Puerto-Maldonado şəhərini ziyarət edəcək və Amazoniya millətləri ilə görüşəcək. Daha sonra o Lima şəhərinə qayıdacaq və ölkə prezidenti ilə görüşəcək.
Yanvarın 20-də Roma Papapsı Truhilio şəhəri ziyarət edəcək, yanvarın 21 isə Limada messada iştirak edəcək və Vatikana qayıdacaq.
Qeyd edək ki, Roma Papası Fransisk Peruya Çiliyə üçgünlük səfərdən sonra gəlib.
Gununsesi.info